BeUstad

Karyera Mərkəzi


BeUstad Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzi

BeUstad Təhsil Mərkəzinin Karyera Mərkəzi 2018-ci ildən milli əmək bazarında fəaliyyət göstərir və namizədlərin axtarış, seçim, qiymətləndirmə və sınaqdan keçirilmə proseslərini müasir texnologiyalar vasitəsi ilə yüksək səviyyədə həyata keçirir.

 

İş prinsiplərimiz

İşimizdə hər zaman müştərilərimizin rəyini və mövqeyini nəzərə almağa çalışırıq. Sifarişçilərimiz qarşısında öhdəliklərimizi yerinə yetirərək, əməkdaşlığın qarşılıqlı faydalı olması və onların kadrlarla təmin olunması məsələsini uğurla həll etməyimizə kömək olan əsas meyarın inam olduğunu yaxşı başa düşürük. Tərəfimizdən seçilmiş əməkdaşlar şirkətinizi uğura aparacaq və biz, strateji tərəfdaşlar olaraq, Sizinlə birlikdə böyüyəcəyik.

Qeyri peşəkar bir işçinin kadr seçimini axtarış saytları vasitəsi ilə həyata keçirməsi olduqca çətindir. Bu proses fiziki olaraq çox vaxt və güc tələb edir və hər zaman təsirli olmur. Ona görə də işinizi peşəkarlara həvalə edin!

 

Bizimlə əməkdaşlıq etdikdə Siz aşağıdakı üstünlükləri əldə edəcəksiniz:

  • Effektiv işçi

Karyera Mərkəzimiz müxtəlif sahələrdən olan şirkətlər üçün effektiv işçilərin axtarışını həyata keçirir. Əsas xüsusiyyətimiz sahə üzrə ixtisaslaşmadır: hər sahəyə ixtisaslaşmış və təcrübəli bir işə qəbul mütəxəssisi təyin edilir. Bu yanaşma sayəsində müştərilərimiz qoyulan tələblərə tam uyğun gələn namizədlər siyahısını əldə edirlər.

  • Vakansiyaların operativ şəkildə bağlanması

Vakansiyanın bağlanması üzrə müəyyən olunmuş müddət 1 həftədən 5 həftəyə qədərdir. İlk namizədlər 5 gün ərzində seçilir və işəgötürənlə görüş üçün növbəti mərhələyə keçirilir. Executive Searching halında isə müddət 2 həftədən 7 həftəyə qədər uzana bilər.

  • Zəmanət əsasında ödənişsiz əvəzolunma

İşçi sınaq müddəti ərzində işdən ayrılarsa, Siz ödənişsiz əvəzolunma imkanını əldə edirsiniz. Standart zəmanət müddəti 90 gün təşkil edir.

 

Xidmətlərimiz

2018-ci ildən fəaliyyət göstərərək müştərilərimizlə 200-dən çox layihə həyata keçirmişik. Əgər Siz peşəkarlardan ibarət bir komanda yaratmaq niyyətindəsinizsə, Sizə bizimlə əməkdaşlıq təklif edirik.

Xidmətlərimiz aşağıdakılardır:

  • Klassik rekrutinq;
  • Executive Searching;
  • İşçi heyətinin qiymətləndirilməsi;
  • Team-building tədbirlərin görülməsi;
  • Müxtəlif treninqlərin və kouçinqlərin şirkətinizdə təşkil olunması;
  • İxtisas artırma üzrə kursların təşkili.